Bakıda dörd dəfə həbs olunmuş “general” tutuldu - FOTO
Bakıda Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) “saxta general”ı həbs edilib. Sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsi Firdovsi Ələkbərova qarşı üç aylıq həbs qərarı verib.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, bu məlumat Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin Bakı ofisinin direktoru İsmayıl Ağayev tərəfindən təsdiqlənib.
Ötən həftəsonu Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan F.Ələkbərov Cinayət Məcəlləsinin 178.2.2 (Təkrar dələduzluq) və 178.2.4-cü (külli miqdarda ziyan vurma) maddələri ilə ittiham olunub.
Özünü Asiya Bürosunun rəhbəri kimi təqdim edən F.Ələkbərov sifariş əsasında tikdirdiyi general formasını geyinərək qurbanlarını axtarıb.
O, insanlara pul qarşılığında diplomatik pasport almağı vəd edib, üzərində müxtəlif rütbələr və jetonlar olan geyimlərin satışına dair danışıqlar aparıb:
“Hazırda general üç nəfərə zərər vurub. F.Ələkbərov sənədlərin saxtalaşdırılması ilə də məşğul olub.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Hazırda istintaq bu məlumatı yoxlayır və fırıldaqçının cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün lazımi tədbirləri görür”.
Qeyd edək ki, F.Ələkbərov dörd dəfə mənimsəmə və dələduzluğa görə mühakimə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026