Bakıda dönər 49 manata satılır - VİDEO
İnsanların adətən 2-3 manata aldıqları dönər paytaxtdakı dönərxanaların birində bundan 20-25 dəfə baha qiymətə təklif olunur.
Minval.İnfo xezerxeber.az-a istinadən bildirir ki, dönərxanaların birində nə az, nə çox – düz 48 manat 90 qəpiyə dönər satılır.
Qiyməti baha olsa da, onun xüsusi hazırlanma və təqdim olunma qaydası var. Dönərçi Turan Şahin deyir ki, 48 manat 90 qəpiyə satılan dönərin özəlliyi, ilk növbədə ətin çəkisi ilə bağlıdır.
Sözügedən dönər qısa müddətdə hazırlanır, müştərilərə müxtəlif turşu və içkilərlə təqdim edilir.
Dönərçinin sözlərinə görə, gün ərzində bu dönərə sifarişlər az olmur.
Dönərçi deyir ki, gələcəkdə sifariş əsasında 2 kq-lıq da dönər hazırlaya bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
Dünyanın ən qorxunc evi satılır: Ürəklənib alan yoxdur - FOTOLAR
Şəhər səyahətləri mopedlərlə daha rahatdır - Fotolar
TikTok COP29-da #ClimateAction kampaniyasını başladır
Dilarənin kovboy tərzi - Fotolar
Müğənni konsertintdə rəqsi ilə diqqət çəkən nənəyə ev aldı - VİDEO