Bakıda dindarlar susuzluqdan əziyyət çəkən sakinlərə yardım etdi - Fotolar
Mingəçevir İES-də baş verən qəzadan dolayı ölkənin müxtəlif bölgələrində əhalinin içməli su ilə təmin olunmasında ciddi problemlər yaranıb. Əksər yerlərdən bu problem aradan qaldırılsa da, bəzi ərazilərdə eyni vəziyyət davam edir.
Minval.info xəbər verir ki, Bakıda “Fatimeyi-Zəhra” məscidinin dini icması bununla əlaqədar nümunəvi addım atıb. Dindarlar ibadət evinin yerləşdiyi ünvana yaxın ərazilərdə susuzluq problemi yaşayan sakinlərə yardım göstərib.
İcma üzvlərinin təşəbbüsü ilə Yeni Günəşli qəsəbə sakinlərinin ehtiyaclarını təmin etmək üçün sözügedən ünvana su maşınları gətirilib. İnsanlar heç bir ödəniş etmədən qablara su yığaraq yaşadıqları mənzilə aparıb. Bununla yanaşı, icma üzvləri su dolu vedrələri bəzi sakinlərin evlərinə qədər aparıb.
Samir / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ADNSU-da süni intellekt üzrə yüksək maaşlı vakansiya
Bakı-Sumqayıt qatarı hələ də yola çıxmır!
Qarabağ atlarına dövlət dəstəyindən min manat subsidiya
Nərimanova ekspress avtobuslar: Yeni nəqliyyat imkanları!
Ana qolları olmayan körpəsindən imtina etdi
Şeyxülislam Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib?
Bakının bəzi ərazilərində işıq kəsiləcək!




