Bakıda dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin təxliyyəsinə başlanılır
Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyyəsi xidmətinə başlayacaq.
Agentlikdən verilən məlumata görə, ilkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək.
“Təxliyyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcək. Şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin video qeydiyyatı təmin olunacaq. Təxliyə olunan nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və Füzuli və Mirzağa Əliyev küçələrinin arasındakı yeraltı avtomobil duracaqlarına daşınacaq. Hər iki duracaqda nəqliyyat vasitələri sahiblərinin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalnız nağdsız qaydada aparılacaq”, – BNA-nın məlumatında bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda bağçada uşağa qarşı zorakılıq iddiası
Azərsun Holdinqdən süni intellekt təlimi: Effektiv idarəetmə yolları
Bakıda Ironman yarışına görə yollar bağlanır
Əmlakların qeydiyyatı: Yeni qaydalar asanlıq gətirir
Neftçi SOCAR Şanxayda mövsüm finalına hazırdır!
Paşinyan: Bakı ilə ilk iqtisadi razılaşma baş tutdu
Azərbaycan Premyer Liqasında IV tur start götürür