Bakıda çiskin, rayonlarda qar... - HAVA PROQNOZU
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 27 dekabrda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirlikdən Minval.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında zəif şimal küləklərinin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhid ailələrinə ödəniləcək “qan pulu” ilə bağlı xoş xəbər
MTRŞ-nın Aparat rəhbəri dəyişib - Dosye
Aşura günündə qan verən 300-ə yaxın şəxsdə təhlükəli xəstəliklər aşkarlandı
Ramin Hacılı vətəndaşlardan 18 min alıb? - İttiham aktı
Paralimpiya çempionu: "Qələbəmi şəhidlərə və qazilərə həsr edirəm"
Elmar Vəliyevi güllələyən şəxsdən XƏBƏR VAR
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu - 2 nəfər vəfat etdi