29.07.2019 - 13:12
yazi.jpg (1.06 MB)
Ölkə 3 baxış

Bakıda çimərlik faciəsi - bir kənddən 4 dost dənizdə boğuldu (FOTO)

yazi.jpg (1.06 MB)İyulun 28-də Pirşağı çimərliyində batan 4 nəfərdən 2-sinin cansız bədəni tapılıb.

Musavat.com xəbər verir ki, dənizdə batan 4 nəfər dost olub. Onlar Sabunçu rayonu Kürdəxanı kənd sakinləridir.

Məlumata görə, onlardan ikisinin meyiti hadisədən bir neçə dəqiqə sonra çıxarılıb. Onların cənazəsi ailə üzvlərinə təhvil verilib.

Pirşağı çimərliyində batan 4 nəfər dostun qalan ikisinin də meyiti səhər saatlarında sudan çıxarılıb.

Əldə etdiyimiz məlumata görə dünyasını dəyişən gənclərin yanında daha 3 dostu olub. Onların hamısı eyni anda boğulmaq təhlükəsi ilə üz-üzə qalıblar. 3 nəfər dənizdən çıxa bilsə də, 4 nəfər suda boğulub.

Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.

Qeyd edək ki, dünən Bakıda ümimi 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişib.

yazi.jpg (1.06 MB)

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: