Bakıda bu villa 13 milyona satılır - FOTO
Azərbaycanın əmlak bazarında olduqca baha qiymətə bağ evləri və villaların satışına rast gəlinir.
Minval.info “MediaPost”a istinadən xəbər verir ki, bu dəfə əmlak alqı-satqısı ilə məşğul olan saytlardan birində yerləşdirilən elan böyük marağa səbəb olub.
Belə ki, elanda birbaşa dənizə çıxışı olan villa satışa çıxarılıb.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Şüvalan qəsəbəsində yerləşən villa fantastik qiymətə – 13 milyon manata təqdim olunub. Elandakı məlumata görə, sözügedən villa qayanın üstündə yerləşir və birbaşa dənizə çıxışı var.
Eyni zamanda 1 hektar torpaq sahəsi olan villanın içərisində hovuz, idman zalı, kinoteatr, stadion, qonaq evi, mühafizəçi evi, yaşayış evi mövcuddur. Villanın fantastik qiymətə satışa çıxarılması insanlar tərəfindən böyük maraqla qarşılanıb.
Bəzi sosial şəbəkə istifadəçiləri villanı otellə müqayisə ediblər, digərləri isə indiyədək Bakıda belə ev görmədiklərini bildiriblər.










Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir