16.04.2018 - 10:23
Ölkə
17 baxış
Bakıda böyük tıxac yaranıb - SƏBƏBİ
Bakının Ramana yolu adlanan ərazisində böyük tıxac yaranıb.Minval.info xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Aeroport yolunda aparılan yekun tamamlanma işləri ilə əlaqədar müvəqqəti sıxlıq yaranıb və yol qısa zamanda tamamilə açılacaq.
“Təkcə Ramana yolu deyil, ümumiyyətlə metronun “Koroğlu” stansiyasından aeroport yolu istiqamətində sıxlıq müşahidə olunur. Daha öncə məlumat verdiyimiz kimi Bakı Olimpia Stadionundan giriş-çıxış üçün keçid hazırlayırdılar. Artıq iş yekunlaşıb və son tamamlanma işləri aparılır. Sözügedən ərazidə yekun asvaltlama işinin təcili görülməsi ilə əlaqədar təxminən 20-25 dəqiqədir süni tıxac yaranıb. Artıq əməkdaşlarımız həmin əraziyə cəmləşib. Qısa müddətdə yol tamamilə açılacaq”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şuşa qayalarına yazı yazanlar cəzalandırıldı
06.09.2026 - 13:42
Çağdaş qəzetçilik: Sosial medianın yüksəlişi
06.09.2026 - 12:39
Dağlıq bölgələrdə qısamüddətli yağış və şimşək
06.09.2026 - 11:15
Lütfi Zadənin anım günü: Dahinin izi qalır
06.09.2026 - 10:40
Bakıda 3 günlük yağış: Leysan və dolu gözlənilir
06.09.2026 - 10:05
Azərbaycanda sel təhlükəsinə hazırlıq nə yerdədir?
06.09.2026 - 09:16
Şuşada tarixi qayalara yazılar: Şəhidlərə hörmətsizlik!
06.09.2026 - 08:06
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
05.09.2026 - 21:22