Bakıda “BMW” markalı avtomobil qaçırılıb
Bakıda “BMW” markalı avtomobili qaçıran şəxs saxlanılıb.
Minval.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, ötən gün Bakı şəhər sakini Əliş Mustafayev polisə müraciət edib bir gün əvvəl Səbail rayonunun Xəqani küçəsində yerləşən dayanacaqda “BMW” markalı avtomobilini saxlamasını, açarlarını isə orada işləyən şəxsə verməsini, ertəsi gün həmin şəxsin avtomobili qaçırmasını bildirib.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avqustun 22-də avtomaşının Xətai rayonu Zığ yolu küçəsində hərəkətdə olması müəyyən edilib.
Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb, hadisəni törədən Bakı şəhər sakini Fərid Ağazadə ilə birgə Səbail rayon Polis idarəsinə təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Səbail rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Sumqayıt yolunda dəhşətli qəza: Yaralılar var
Bakıda yaşayış binasında yanğın olub
Nazirlik Yevlaxda yanan sərnişin avtobusu ilə bağlı məlumat yayıb
Polis azyaşlıları yanğından xilas etdi - TƏFƏRRÜAT
Güclü külək Bakıda 6 ağacı aşırdı - Fotolar
Bakıda meymun gənci xəstəxanalıq etdi: Əməliyyat olundu
Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi