Baş Dövlət Yol Polisi sürücülərə vacib xəbərdarlıq edib
Respublika ərazisində “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılır.
Minval.info xəbər verir ki, BDYPİ tərəfindən verilən məlumata görə, tədbir zamanı atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılması vacib hesab olunur. Həmçinin, sürücülərlə yanaşı, sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılır.
Qeyd edilib ki, həyata keçirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönəldilib. Bu tədbirlərin məqsədi nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasıdır.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət olunması və ətraf mühitin qorunmasına həssas yanaşılması hər bir hərəkət iştirakçısının birbaşa məsuliyyətidir,” – deyə idarədən bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
FHN su hövzələrində yeni xilasetmə məntəqələri tikəcək
Bakıda və bölgələrdə leysan və dolu gözlənilir
Sentyabrda Bakı metrosunda sərnişin sıxlığı artıb
Son həftə azad edilmiş 1144,9 hektar ərazi minalardan təmizləndi
Fermerlər pambıq pullarını ala bilmir
Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü
Vətən müharibəsi iştirakçısı Cəlilabadda vəzifəyə təyin edildi