07.10.2026 - 13:27
Dünyada ərzaq məhsulları bahalaşdı
İqtisadiyyat 6 baxış

Dünyada ərzaq məhsulları bahalaşdı

2026-cı ilin sentyabrında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təqdim etdiyi Ərzaq Qiymətləri İndeksi (FFPI) 136 bəndə çatıb. Bu, avqust ayının göstəricisindən 2 bənd (1,5 faiz) daha yüksəkdir.

Minval.info xəbər verir ki, bitki mənşəli məhsullar, o cümlədən taxıl, bitki yağları və şəkər üzrə qiymət indeksləri artım müşahidə olunub. Ətin qiymətində azalma olsa da, süd məhsullarının qiyməti sabit qalıb.

Ərzaq Qiymətləri İndeksi ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 bənd (5,8 faiz) daha yüksəkdir. Lakin 2022-ci ilin martında qeydə alınmış pik səviyyədən 24,3 bənd (15,1 faiz) aşağıdır.

Bu artım dünya bazarlarında ərzaq qiymətlərinin yenidən yüksəlməsinə gətirib çıxarıb. Bu isə qlobal ərzaq təhlükəsizliyi üçün narahatlıq yaradır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: