Korrupsiya barədə məlumat verənlərə PUL VERİLƏCƏK
Korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərə və onların yaxınlarına xüsusi müdafiə təminatları təklif olunur. Bu çərçivədə, həmin şəxslərin xəsarət alması və ya həlak olması halında ailələrinə birdəfəlik müavinət ödənilməsi planlaşdırılır.
Minval.info xəbər verir ki, bu təklif “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Layihə Milli Məclisin müvafiq komitələrinin birgə iclasında müzakirə olunub.
Layihəyə əsasən, korrupsiya ilə bağlı məlumat verən şəxs və ya onun yaxın qohumları bu səbəbdən bədən xəsarəti alarsa, onlara 10 min manat məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulur.
Əgər şəxs və ya onun yaxınları korrupsiya barədə məlumat verməsi nəticəsində həyatını itirərsə, ailəsinə 20 min manat birdəfəlik müavinət ödənilməsi təklif edilir. Bu addım məlumat verənlərin təhlükəsizliyinin və həvəsləndirilməsinin artırılmasına yönəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baş Dövlət Yol Polisi sürücülərə vacib xəbərdarlıq edib
FHN su hövzələrində yeni xilasetmə məntəqələri tikəcək
Bakıda və bölgələrdə leysan və dolu gözlənilir
Sentyabrda Bakı metrosunda sərnişin sıxlığı artıb
Son həftə azad edilmiş 1144,9 hektar ərazi minalardan təmizləndi
Fermerlər pambıq pullarını ala bilmir
Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü