Aleksandr Oveçkinin açıqlaması bilet qiymətlərini artırdı
“Vaşinqton Kapitals”ın tanınmış hücumçusu Aleksandr Oveçkin, 2026/2027 mövsümünün onun üçün NHL-dəki sonuncu mövsüm olacağını elan edib. Bu açıqlama bilet qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.
Minval.info xəbər verir ki, “USA Today”ın məlumatına əsasən, 4 aprel 2027-ci il tarixində “Vaşinqton”un “Pittsburq”a qarşı keçirəcəyi oyunun bilet qiymətləri ciddi dərəcədə yüksəlib. Bazar ertəsi günü üçün minimum bilet qiyməti 822 dollar təşkil edir. Arenanın aşağı mərtəbəsində isə qiymətlər daha yüksəkdir; 117-ci sektordakı biletlər ən azı 1307 dollara satılır. Oyuna isə hələ altı ay qalır.
“TickPick”dən Kayl Zorn bildirib ki, əgər 800 dollardan yuxarı qiymətə biletlər satılarsa, bu, NHL-in müntəzəm mövsüm oyunları üçün rekord qiymət olacaq. Bu qiymət, ötən mövsümün Stenli Kuboku Finalının 5-ci oyununun ən ucuz biletindən də bahadır.
Oveçkinin “Pitsburq”la qarşılaşması onun mövsümün son ev oyunu olacaq. 41 yaşlı rusiyalı, uzun müddətdir rəqibi olan Sidni Krosbi ilə bir daha üz-üzə gələcək. Keçən mövsüm də komandalar Vaşinqtonda qarşılaşıb mövsümü başa vurmuşdular.
Oveçkinin açıqlaması yalnız ev oyunlarına deyil, “Vaşinqton”un səfər oyunlarına da təsir edib. “Ticket Data”nın məlumatına görə, rusiyalı oyunçunun bu qərarından sonra qalan 40 səfər oyununun biletləri də orta hesabla 63% artıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rüstəm Orucov: Hidayət Heydərov böyük idmançı olaraq qalır
“Mançester Siti” qalmaqalı: UEFA qərar üçün gözləyir
"Siti"nin sponsoru OKX böyük cərimə ilə üzləşdi
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətini izah etdi
Ronaldu Portuqaliya millisindən ayrılması ilə bağlı danışdı
Lionel Messi Argentina yığmasında son oyununu keçirəcək
Formula 2 və 3 İstanbulda 2027-ci ildə yarışacaq