Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan faydalanması müzakirə olunur
Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan istifadə edə biləcək şəxslər siyahısına daxil edilməsi məsələsi gündəmə gətirilib. Bu təklif Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunub.
Minval.info xəbər verir ki, bu barədə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli “Pulsuz hüquqi yardım” haqqında qanun layihəsinə dair müzakirələrdə bu təklifi irəli sürüb. O, Qərbi azərbaycanlıların yeni qanunun onlara tətbiq ediləcəyinə dair suallarının olduğunu bildirib.
Komitə sədri Musa Quliyev isə bildirib ki, sosial müdafiəyə ehtiyacı olan qruplara bu cür yardımların şamil edilməsi nəzərdə tutulur və bu kateqoriyaya aid şəxslərin də həmin yardımdan faydalanması vacibdir.
Bu təklifin qəbul edilməsi Qərbi azərbaycanlıların hüquqi məsələlərdə daha çox dəstək almasına imkan yaradacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vaşinqtonda milyoner vergisi ləğv edilə bilərmi?
Yaxın Şərqdəki münaqişələr Netanyahu üçün siyasi üstünlükdür
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını təsdiqlədi
Deputat: Azərbaycanın suverenliyi müzakirə mövzusu ola bilməz
Paşinyan Ermənistan-Türkiyə sərhədinin açılacağını elan etdi
Deputat manatlıq taksi qərarlarının yenidən dəyərləndirilməsini təklif edir