Bakıda biabırçılıq: Kişini soyundurub videoya çəkdilər
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
“Minval.info”nun məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Prokuror Z.Hüseynov, R.Sultanov, H.Həsənovun hər birinin 8 il 6 ay, D.Abdullayevin isə 9 il azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmənin növbəti iclası dekabrın 21-ə təyin edilib.
İttihama görə, həmin şəxslər Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə təqsirli bilinirlər.
Məlum olub ki, Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayev zərərçəkmişi soyundurduqdan sonra onu telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmişi şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dəhşətli QƏTL- Kişi qadına əzab verdi, boğazını kəsdi və ...
Keçmiş əri tərəfindən öldürülən 24 yaşlı Səriyyənin - FOTOSU
Biləsuvarda əməliyyatı: Maşından 8 kq narkotik çıxdı
Bakıda zibil qutusundan doğranmış kişi meyiti tapılıb