08.04.2018 - 17:34
Ölkə
13 baxış
Bakıda bankomatı dərmanlamaq adı ilə 173 min manat oğurladılar – ŞOK

Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı “Kapital bank” bankomatını iki nəfər “laqonda” ilə yarıb, 173.000 manatı oğurlayıb. Üzlərində əleyhqaz olub.
Minval.info saytı axar.az-a istinadən xəbər verir ki, bu məlumatı jurnalist Jalə Mütəllibova yayıb. Səhih xəbər olduğunu xüsusi qeyd edən jurnalist oğruların mühafizəçini aldatdığını da bildirib:
“Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş, neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, “Sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq. Mühafizəçi o qədər hazırlıqsız və sadəlövh olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar pulu götürüb gediblər, indi Yasamal polisi də, bank də oğru axtarışındadır…”
J.Mütəllibova kamera və rəsmi dövlət qurumları ilə dolu olan ərazidə, günün tən ortasında bankomatı “laqonda” ilə yaran oğruların hərəkətindən təəccübləndiyini gizlətməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şuşada tarixi qayalara yazılar: Şəhidlərə hörmətsizlik!
06.09.2026 - 08:06
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
05.09.2026 - 21:22
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
05.09.2026 - 21:01
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
05.09.2026 - 20:19
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
05.09.2026 - 18:27
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
05.09.2026 - 17:24
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
05.09.2026 - 16:21
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı
05.09.2026 - 16:14