Bakıda bal yarmarkasının açılışı olub - VİDEOREPORTAJ

Bakının Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilən arıçılıq məhsullarının 19-cu sərgi-satış yarmarkasının açılışı olub.
“Report” xəbər verir ki, açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak ediblər.
Jurnalistlərə açıqlama verən Mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, Nazirlik bir ay öncə dövlət aqrar inkişaf mərkəzlərinə müraciət edərək bu yarmarkada iştirak edəcək arıçıların siyahısını hazırlayıb.
Onun sözlərinə görə, bu ayın sonuna qədər davam edəcək yarmarkaya təqdim edilmiş məhsullar Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə analiz edilib. Nəticədə 150 ton məhsuldan 30 tonunun keyfiyyətsiz olduğu üzə çıxıb.
“Hazırda yarmarkada ancaq keyfiyyətli bal satılır. Yararsız məhsul xüsusi anbarda saxlanılmaqdadır”, – Nazirlik rəsmisi deyib.
Qeyd edək ki, yarmarkada balın 1 kq-ı alıcılara 20-25 manata təklif olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"