Bakıda BakuBus-un 3 avtobusu toqquşdu - Video
Dünən axşam saatlarında Bakıda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Hadisə şahidlərinin Avtosfer-az-a verdiyi məlumata görə, Zığ qəsəbəsi ərazisində Bakı Nəqliyyat Agentliyinə məxsus Baku Bus MMC-nin 3 avtobusu toqquşub.
Bildirilir ki, qəzaya səbəb eyni marşrut üzrə hərəkət edən avtobusun sürücülərinin yarışa çıxıb dayanacağa tez çatmağa çalışması olub. Avtobuslar toqquşandan sonra onlardan biri hərəkətdə olan Mercedes markalı minik maşınına dəyib.
Avtubuslarin arxa, ön və yan hissələri əzilib, hər üçünə ciddi ziyan dəyib.
Xəsarət alan olmayıb.
Avtobuslardan biri 2, digəri isə 7B nömrəli marşurut olub.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hadisə avtobuslar depoya gedən zaman baş verib. Qəzaya səbəb yolun sürüşkənliyi səbəb olub.
“Avtobuslarda sərnişin olmayıb. Yalnız sürücülər olub onlar da xoşbəxtlikdən xəsarət almayıb. Həm bu qəza BakuBus MMC-nin istismarında olan xətlər üzrə avtobusların intervalına təsir etməyib”.
https://youtu.be/ZAa_h_Gespg
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəbrayılda kişi tikinti işləri zamanı minaya düşdü
Balakəndə 17 yaşlı qız oğurlanıb
DYP maşınının üzərində pivəylə foto çəkdirən saxlanıldı - Foto
Azərbaycanda 5 uşaq atası intihar edib
Şəhidin qardaşı avtomobilini düzgün park etmədiyinə görə döyüldü
Bakıda arvadını öldürən hakimin məhkəməsi başlayıb