Bakıda bağçada bədbəxt hadisə: Uşağın üstünə şkaf aşdı - Video
Bakıda uşaq bağçasında bədbəxt hadisə yaşanıb.
Minval.info xəbər verir ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində baş verdiyi deyilir.
“Gənclər evi”ndə fəaliyyət göstərən uşaq bağçasında azyaşlı uşağın üstünə şkaf aşıb. Nəticədə qolundan sınıq xəsarəti alıb və başı zədələnib.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Bu barədə məlumat verən və hadisənin görüntülərini paylaşan Bakı sakini Elyar İslamoğlu sözügedən olaydan sonra uşağın görmə qabiliyyətində problemin yarandığını bildirib:
“Uşağı baxçaya qoymaq istədiyim bir zamanda belə bir video ilə qarşılaşdım. Videonu uşağın valideyni göndərib. Hadisə 3 gün əvvəl baş verib. Zərbədən uşağın qolu sınıb, görməsində problem yaranıb. Baxça müdiriyyəti isə uşağn vəziyyətilə maraqlanmayıb”.
Sosial şəbəkə istifadəçiləri bağçada təhlükəsizlik tədbirlərinə ciddi riayət edilmədiyini vurğulayıblar. Eyni zamanda uşağın xəsarət alması olayını sadəcə, bədbəxt hadisə kimi qiymətləndirənlər də olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?