Bakıda bəzi müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edilib
Moskva prospekti (“Şamaxinka” adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi yerdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, bu səbəbdən, həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil edilib.
Həmin maşrut xəttləri bunlardır:
Marşrut № 18 və 65
20 Yanvar m.st – 9-cu mikrorayon istiqamətində : Moskva pr. – Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə
Marşrut № 135
BDM Uni. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – R.Cəfərov küç. – 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə
Marşrut № 170
Binəqədi qəs. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – Mir Cəlal küç. – Asif Məhərrəmov küç. – 20 Yanvar küç., daha sonra öz xətti üzrə
“Memar Əcəmi” m.st – Binəqədi qəs. istiqamətində: 20 Yanvar küç. – Asif Məhərrəmov küç. – M.Cəlal küç. – Bakı-Sumqayıt şos., daha sonra öz xətti üzrə
Marşrut № 193
4-cü mikrorayon – Lökbatan NMM istiqamətində: 20 Yanvar küç. – Asif Məhərrəmov küç. – S.C.Pişəvari küç. – M.Həsənov küç, daha sonra öz xətti üzrə
Lökbatan NMM – 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küç. – Asif Məhərrəmov küç. 20 Yanvar küç., daha sonra öz xətti üzrə

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?