Bakıda "Azərişıq"-ın əməkdaşını "tok" vurdu

Bakıda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Minval.İnfo-nun Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
“Azərişıq” ASC-nin Nərimanov rayon Enerji Təchizatı və Satışı İdarəsində 4-cü dərəcəli usta işləyən, 1987-ci il təvəllüdlü Əliyev Ziyəddin Əhəd oğlu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən 220 saylı yarımstansiyanın qapalı paylayıcı bölməsinin elektrik yuvasında təmir və təmizlik işləri apararkən ehtiyatsızlıqdan açıq elektrik naqilinə toxunub.
Hadisə nəticəsində onu elektrik cərəyanı vurub öldürüb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?