Bakıda avtobuslar piyadaları vuraraq öldürdü
Bakıda marşrut avtobusları piyadaları vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Minval.info”ya verilən məlumata görə, hadisə ötən gün saat 15 radələrində metronun “28 May” stansiyasının yaxınlığında baş verib.
Belə ki, Masallı rayon sakini N.Həmidov 46 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şəhla Hacıyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Ölümlə nəticələnən daha bir yol nəqliyyat hadisəsi isə Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini M.Həsənov 585 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən Saatlı rayon sakini Nail Sadıqovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?