Bakıda avtobusda biabırçılıq - Video
Özünü sanki avtobusda yox, kənar bir yerdə hiss edirimiş kimi çiyələyi yeyib saplağını avtobusun içərisinə atır. Belə bir hadisə 149 saylı marşrut avtobusunda baş verib.
Çiyələyi yedikdən sonra saplağını avtobusun salonuna atır.
Sellofandan çıxardığı çiyələyi yeyir və saplağını nümayişkaranə şəkildə avtobusun içinə tullayır.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Bu mədəniyyətsiz davranış Qaradağ rayonu Lökbatan-Sahil qəsəbəsi istiqamətinə hərəkət edən 149 saylı marşrut avtobusunda qeydə alınıb. Görüntüləri avtobusda olan sərnişinlərdən biri mobil telefonla çəkib.
Paytaxt sakinləri və sərnişinlərin bu davranışa münasibəti isə birmənalıdır…
Bəzi sərnişinlərin avtobusu zibilləmələrindən ən çox əziyyət çəkənlər isə sürücülərdir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, ictimai nəqliyyatdan istifadə edən hər bir sərnişin həm normativ aktlar, həm də cəmiyyətimizdə formalaşan etik davranış qaydalarına əməl etməlidirlər. Bunun üçün hər hansı cərimə nəzərdə tutulmasa da, bu bir mədəniyyət məsələsidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi