Bakıda ata onu başından balta ilə vuran qızını bağışladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliya Həbibovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
“Report”un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O bildirib ki, hadisə zamanı atası Cəmşid Salxakin onu boğub: “Mən də özümü müdafiə etmək istəyirdim. Buna görə də atamı vurdum”.
Daha sonra zərərçəkmiş C.Salxakin dindirilib. O, qızını bağışladığını və ondan şikayətçi olmadığını deyib.
Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.
İttiham aktına əsasən, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində baş verib.
Həmin ünvanda ailə münaqişəsi zamanı A.Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Salxakinin başından balta ilə vurub.
C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Daha sonra A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Məhkəmənin qərarı ilə A.Həbibova barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
16 yaşlı qız atasından hamilə qaldı
Bakıda piyadanı vurub qaçan sürücü tutuldu - YENİLƏNİB
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - İnanılmaz dələduzluq...
Bakıda dəhşət: Sürücü maşında diri-diri yanaraq öldü - VİDEO
Bakıda “Caspian Plaza” yanır - İnsanlar təxliyə edildi (VİDEO)
Bakıda hamilə qadın 19 bıçaq yarası aldı
"Embawood" da QALMAQAL: İşçinin barmağı QOPDU, şirkət isə... - FOTOLAR