Bakıda alınan mənzil sahibinə problem yaratdı
Bakıda 363 min manata alınan mənzil sahibinə ciddi problemlər yaşadır. 2024-cü ildə Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzili Gündüz Gözəlovdan alan Şahsuvar Əhədov, alqı-satqı prosesini rəsmi qaydada həyata keçirib və mənzili adına rəsmiləşdirib. Lakin indi mənzil üzərində həbs qoyulub.
Minval.info xəbər verir ki, Şahsuvar Əhədov mənzili alarkən üzərində heç bir borc, ipoteka və ya girov olmadığını bildirib. Lakin keçmiş sahibinə müraciət etdikdə, Gündüz Gözəlovun borcu olduğunu öyrənib. Gözəlov borcunu icra şöbəsinin iştirakı ilə ödədiyini və bu barədə arayış təqdim etdiyini bildirib.
Hazırda Şahsuvar Əhədov mənzilinin üzərindəki həbsin götürülməsini və mülkiyyət hüququnun tam təmin olunmasını tələb edir. Məsələ ilə bağlı Xətai Rayon Məhkəməsinin mövqeyini öyrənməyə çalışırıq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi