Bakıda ağacların gövdəsini də asfaltladılar - FOTO

Piyada səkisinin asfaltlanması zamanı gövdəsinin ətrafı da tam olaraq asfaltlanan ağacların ətrafı təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, daxil olmuş şikayətlə bağlı tədbir görülüb. Belə ki, Yasamal rayonu Hüseyn Cavid prospektində piyada səkilərinə təmirlə əlaqədar asfalt örtük döşənib. Bu zaman səkidə olan ağaclar nəzərə alınmayıb. Bir çox ağacın gövdəsinin ətrafı tamamilə asfaltlanıb. Ağacların su içə bilməsi üçün belə torpaq məsafəsi buraxılmayıb.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Problemlə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə olublar. Nazirlik əməkdaşları ağacların dibini təmizləyərək asfalt qatını ağacların gövdəsindən ayırıblar.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir