Bakıda adgünü keçirib video yayan qadınlar saxlanıldı - FOTO
Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən minval.info-ya verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Onların diqqətinə çatdırılıb ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026