12.06.2020 - 10:09
Ölkə
1 baxış
Bakıda 34 yaşlı iş adamı koronavirusdan öldü - FOTO
Azərbaycanda daha bir gənc koronavirusdan dünyasını dəyişib.
Minval.info xəbər verir ki, Bakıda “Decorum” mebel şirkətinin direktoru olan 1986-cı il təvəllüdlü Fərid Əliyev koronavirus xəstəliyindən vəfat edib.
Bu barədə yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, əvvəldən heç bir xəstəliyi olmayan F.Əliyev koronavirusa yoluxsa da, ilk günlərdə bunun adi qrip olduğunu deyərək həkimə müraciət etməyib.
Evdə özünü müalicə etməyə çalışan F.Əliyev nəfəs çatışmazlığından vəfat edib. F.Əliyevdə son günlər yüksək temperatur, öskürək və boğulmalar olub.
Fərid Əliyev evli olub. Onun 2 qızı var.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda şifrələnmə hücumlarının sayı artır
29.08.2019 - 19:54
Saxta əlilliyə görə 80 nəfər işdən çıxarıldı
14.02.2019 - 15:39
Müğənni tətildə də maskasını çıxarmır - FOTO
10.08.2020 - 10:22
Ronaldu Sinqapurda azarkeşi tutan polisi vurub - VİDEO
24.07.2019 - 10:12
Rövnəq Abdullayevdən yeni təyinatlar
01.11.2019 - 12:24
Bürclər - 9 aprel
09.04.2018 - 00:04




