Bakıda 30 kiloqram narkotiklə tutulan şəxsə 15 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin və psixotrop maddələrin satışında ittiham olunan 1982-ci il təvəllüdlü Elməddin Əzizovun cinayət işi üzrə məhəkmə araşdırması başa çatıb.
Minval.info Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
ƏLAQƏLİ
Bayram məmmədovun ailəsində dəhşətli qətl: Anasını öldürməkdə qardaşı şübhəli bilinir
Məhkəmənin hökmü ilə E.Əzizov 15 il azadlıqdan məhrum edilib.
İttihama görə, Elməddin Əzizov Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 11,930 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Elməddin Əzizovun Xətai rayonunda kirayədə qaldığı evə baxış zamanı əlavə 24 kiloqram 885 qram heroin, 1 kiloqram 870 qram tiryək, 3 kiloqram 275 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub.
Araşdırma zamanı müəyyən olunub ki, Elməddin Əzizov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Masallı rayonu ərazisində qəbul edib və Çaxırlı kəndində yarımtikilidə gizlədib.
Daha sonra Elməddin Əzizov narkotik vasitələri paytaxta gətirərək kirayə yaşadığı evdə saxlayıb. O, narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu