Bakıda 27 yaşlı gənc anasının qəbri üstündə özünü öldürdü - TƏFƏRRÜAT
Hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Əhmədov Fərid Səfər oğlu bir neçə bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Məlum olub ki, F.Əhmədov özünə anasının qəbrinin üstündə xəsarət yetirib.
Belə ki, dayısıoğlu ilə anasının qəbrinin üstünə ziyarətə gedən Fərid qohumundan bir az aralı durmağı xahiş edib. Fəriddən ayrılan dayısıoğlu 5 dəqiqə keçməmiş bibisioğlunu qan içində görüb. Üzərində gəzdiridiyi bıçaqla özünə bir neçə bıçaq xəsarəti yetirən Fəridin vəziyyəti ağır kimi qiymətləndirilir.
Araşdırmalar zamanı məlum olub ki, F.Əhmədov 2-ci qrup əlildir və psixoloji probemləri var, dəfələrlə bu xəstəliklə əlaqədar xəstəxanada müalicə alıb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırmalara başlanılıb.(Ölkə.Az)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı