Bakıda 1 milyonluq qızılları oğurlanan qadının kimliyi bəlli oldu
Bakıda 1 milyonluq qızılları oğurlanan şəxsin kimliyi məlum olub.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həmin şəxs paytaxt sakini, 1969-cu il təvəllüdlü Zülfiyyə Əliyevadır.
Məlumata görə, 75 min dollarlıq qızılı iki nəfər oğurlayıb. Onlar ev sahibinin tanışları olublar və qadının evdə olmayacağı vaxtı planlaşdıraraq mənzilə daxil olublar. Evdə heç bir dağıntı törətmədən birbaşa seyfi xüsusi aparatla kəsərək içindən qızılları aparıblar.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Bir milyon manatlıq qızıl-zinət əşyalarının içində qızıl sikkələr, qara brilliantlar, medalyonlar və kalelər olub.
Cinayəti törətməkdə şübhəli bilinənlərdən biri – 25 yaşlı Tural Rəhimli saxlanılıb. Onun ortağı olmaqda şübhəli bilinən 40 yaşlı Əkbər Salmanov isə hələ ki, istintaqdan gizlənməyi bacarıb.
Faktla bağlı istintaq davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?