Bakı yollarında yenidənqurma: Həsən və rövşən əliyev küçələrində hərəkət dayanır
Həsən Əliyev və Rövşən Əliyev küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu addım “Koroğlu” metrostansiyasına yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədardır.
Minval.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, avqustun 7-si saat 00:00-dan etibarən Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində, həmçinin Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılacaq.
Sürücülərə hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmaları, alternativ marşrutlardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarına əməl etmələri tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xırdalan və Masazıra gedən taksilərin fəaliyyəti bərpa edildi
Bakıya güclü leysan yağışı gözlənilir
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır