Bazar günü rekord istilər gözlənilir: Su hövzələrində bu qaydalara əməl etmək MÜTLƏQDİR
Ölkə ərazisində, xüsusilə Bakı və Abşeron yarımadasında müşahidə olunan yüksək temperatur şəraiti davam edir. Havanın bazar günü də 41 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır. Bu cür hava şəraitində vətəndaşlar istirahət məqsədilə su hövzələrinə axın edir. Lakin təhlükəsizlik qaydalarına əməl edilməməsi bəzi hallarda faciəvi nəticələrə səbəb ola bilər.
Minval.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşlara müraciət edərək, su hövzələrində təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini vurğulayıb.
FHN-in açıqlamasında bildirilir ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə, məsələn, kanallar, çaylar və digər su hövzələrində çimmək, eləcə də çimmə zonalarının işarələnmiş sərhədlərindən kənara üzmək qadağandır. Çimərlikdə uşaqların nəzarətsiz qalması, xəbərdaredici nişanlara və xilasedicilərin təlimatlarına əməl edilməməsi təhlükəli vəziyyətlər yarada bilər. Günəş altında uzun müddət qalmaq və hava qaraldıqdan sonra suya daxil olmaq da təhlükəlidir.
Qeyd edək ki, bazar günü ölkədə temperaturun 41 dərəcəyə çatacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır