Bakı metrosunun fəaliyyətinin bərpa olunma vaxtı məlum oldu - SON DƏQİQƏ
“Bakı Metropoliteni” QSC mayın 9-dan fəaliyyətinin bərpa edilməsi ilə bağlı hazırlıqlara başlayıb.
Minval.info “report”a istinadən xəbər verir ki, qurumun işçilərinə tam heyətdə işə çıxmaları ilə bağlı tapşırıq verilib.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə “Report”a açıqlamasında bildirib ki, rəsmi qərar olmadan metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı nəsə demək olmaz:
“Bakı metrosunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarı olmadan biz hər-hansı açıqlamanı verə bilmərik. Hazırda metro fəaliyyət göstərməsə də infrastrukturun saxlanması və ən qısa zamanda fəaliyyətin bərpa edilməsi üçün iş başındayıq. Əgər rəsmi qərar olarsa, “Bakı Metropoliteni”nin ən qısa müddətdə fəaliyyətini tam bərpa etməyə hazırıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?