Bakı metrosunun “8 Noyabr” stansiyasından - VİDEO
Sosial şəbəkələrdə Bakı Metropoliteninin yeni tikilən “8 Noyabr” stansiyasının görüntüləri yayılıb. Görüntülərdən stansiyanın platformasının təmir olunduğu, divarlardan işğaldan azad olunan rayonların fotoşəkillərinin asıldığı görünür.
Həmin görüntülərin yeni inşa olunan stansiyaya aid olmasını “Qafqazinfo”ya Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təsdiqləyib.
O bildirib ki, zahirən stansiyanın tam hazır olduğu görünsə də, əslində platformada işlər tam yekunlaşmayıb: “Orada həm son tamamlama, infrastrukturun qurulması, həm də sınaq işləri həyata keçirilir. Hələ tam hazırlıq vəziyyətinə gətirilməyib. Metro mürəkkəb infrastruktura malik müəssisədir, sərnişin sayı, təhlükəsizlik tələblərinə də cavab verməlidir. Hazırda işlər davam edir, stansiyanın nə vaxt açılacağı məlum deyil”.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər Günü münasibətilə “8 Noyabr” adlandırılıb.
https://youtu.be/yl5UIv9KzH4
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026