Bakı metrosunda yeni vaqonlar - USB port və müasir kondisionerli... - Fotolar
Bakı Metropoliteni üçün istehsal edilmiş yeni 10 vaqon artıq Bakıdadır.
“Bakı Metropoliteni” QSC-dən ”Minval.info”ya daxil olan məlumata görə, Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, vaqonlar Nərimanov elektrik deposuna gətirilib.
Bundan başqa, metropoliten üçün daha 20 vaqon istehsal ediləcək. Həmin şirkətin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir – 4-cü nəslə aiddir.
Sazlama və sınaq işlərindən sonra istifadəyə veriləcək yeni 10 vaqon əvvəlki nümunələrindən xeyli fərqlənir. Yeni vaqonların qapıları daha enlidir, açılıb- bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan savayı, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb. İstehsal zamanı, sifarişçi kimi, “Bakı Metropoliteni” QSC-nin texniki şərtləri xüsusi nəzərə alınıb. Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.
Əsas yeniliklərdən biri kimi, kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması qeyd oluna bilər. Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin olunub. Həmçinin Bakı metropoliteninin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, bütün vaqonlar dartı mühərriki ilə təmin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"



