Bakı metrosunda qorxulu anlar - Sərnişinlər tuneldən belə çıxarıldı (Videolar)
Gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakı Metropolitenində sərnişinlər həyəcanlı anlar yaşayıb.
GoldNews.az-a daxil olan videogörüntülərdə sərnişinlərin qaranlıq metro tunellərindən stansiyalara doğru irəliləyərək çıxmağa çalışmaları əks edilib. Kadrlarda baş verən hadisədən sonra huşunu itirən sərnişinlərin olduğu da əks olunub.
Qeyd edək ki, iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı