Bakı metrosunda koronavirusla bağlı yeniliklər
“Bakı Metropoliteni” QSC koronavirus pandemiyasının sərnişinlər arasında yayılmasının qarşısını almaq üçün təbliğat kampaniyasını genişləndirir.
Bu barədə minval.info-ya qurumdan bildirilib.
Məlumatda deyilir ki, mayın 9-dan Bakı metrosunda sərnişindaşıma fəaliyyətini 38 günlük fasilədən sonra bərpa edilib. Metronun fəaliyyətinin bərpa edilməsi ictimai nəqliyyat üçün elan edilmiş metodiki göstərişin müvafiq tələblərinə uyğun şəkildə həyata keçirilib.
Həmin tələblərə əsasən, sərnişinlər metropolitendə sosial məsafəni qorumalı və tibbi maska taxmalıdırlar. Bu məsələlərə sərnişinlərin diqqətini cəlb etmək metropolitendə səsli elanların verilməsinə də xüsusi diqqət ayrılıb. Buna qədər stansiyalarda əsasən, növbətçilərin və nəzarətçilər, qatarlarda isə maşinistlər, mütəmadi olaraq, sərnişinlərə metodiki göstərişlərin tələblərinə əməl edilməsi ilə bağlı çağırışlar ediblər.
Artıq qatarlarda müvafiq tövsiyələr məşhur aparıcı, DJ Fateh təxəllüslü Məmmədəli Məmmədovun səsi ilə təqdim edilir. Bu məqsədlə aparıcının 8 fərqli müraciətinin səs yazısı lentə alınıb. Əsas məqsəd sərnişinlərin metodiki göstərişlərin tələblərinə diqqətini daha yaxından cəlb etməkdir.
Tezliklə stansiyalarda da məşhur aparıcının səsi ilə sərnişinlərə müraciətlər yer alacaq. Qatarlardan fərqli olaraq stansiyalardakı müraciətdə “COVID-19″la əlaqədar təkcə Bakı metrosunun deyil, ümumiyyətlə, Nazirlər Kabinetinin, o cümlədən Səhiyyə Nazirliyinin, TƏBİB-in və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri də yer alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İşi edən də özümüzük, şikayətlənən də, məsələ vicdan məsələsidir
Bakının mərkəzində ağır qəza: yaralılar var
Dövlətə xəyanətdə təqsirləndirilən ər-arvadın məhkəməsi başlayıb
Yanğınsöndürmə gəmisi təmir olunub
Neftin qiyməti üç illik rekordu qırdı
Sosiskanın içərisindən çıxanlar dəhşətə gətirdi - Azərbaycanda (Video)