Bakı metrosunda işıqlar söndü - həyəcanlı anlar
Bakı metrosunun “Gənclik” stansiyasında bu gün saat 09:30 radələrində işıqlar sönüb.
Minval.info xəbər verir ki, bu barədə məlumatı Metbuat.az-a həmin vaxt sözügedən stansiyada olan sərnişinlərdən biri məlumat verib. Bildirib ki, sərnişinlər həmin vaxt narahatlıq hissi yaşayıblar.
Məsələ ilə bağlı Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:
“Metropolitenə gələn elektrik xəttində gərginlik düşüb. Həmin anda işıqlar qəfil reaksiya verərək sönüb. Avtomatik olaraq ehtiyat mənbələr qoşulub. Problem təxminən 20-30 saniyə çəkib. Qatarın hərəkəti və sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının bəzi ərazilərində işıq fasiləsi olacaq
Rusiyanın yeni rüsumu: Azərbaycanda buğda bahalaşacaq?
Sumqayıt Tibb Mərkəzində kadr dəyişikliyi baş verdi
Gəncədə qardaş və bacı bıçaqlandı: Saxlanılan var
Bakıda ana qolsuz körpəsindən imtina etdi
Ermənistan nümayəndələri Bakıya sülh səfərinə gəlir
Rusların kütləvi axını: Azərbaycan da hədəfdə!