Bakı metrosu nə vaxt açılacaq? - AÇIQLAMA
Təhsil Nazirliyi 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil, ali məktəblər və bağçalarda əyani təhsilin qismən bərpa olunacağını bəyan edib. Hazırki vəziyyətdə Bakıda fəaliyyət göstərən avtobusların sayı sərnişin yükünü qaldırmağa qadir deyil. Yaranmış sıxlıq sərnişinlər arasında narazılıqlara səbəb olur. Belə olan halda orta və ali məktəblərdə tədrisin əyani şəkildə bərpa edilməsi metronun açılmasını qaçılmaz edir.
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun açılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərar əsasında mümkün olacaq:
“Amma metro həmişəki kimi fəaliyyət göstərməyə hazırdır. Sağlam gündəlik rejim şəraitində metronun bütün infrastrukturu qorunub saxlanılır. Qərargah nə zaman qərar versə, metro işləməyə hazır vəziyyətdə olacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev iqtisadçıları təltif etdi
Fazil Məmmədovun göz qamaşdıran var-dövləti - SİYAHI
“Kontakt Home” cəzalandırıldı
SOCAR-ın vitse-prezidentinə ağır itki