03.07.2018 - 21:25
Ölkə
3 baxış
Bakı Metropolitenində evakuasiya prosesi tam həyata keçirilib, metro elektrik enerjisi ilə təchiz edilib

Bakı Metropolitenində enerji təchizatında yaranmış problem nəticəsində stansiyalarda və tuneldə qalanların evakuasiya prosesi başa çatdırılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, evakuasiya prosesini Bakı Metropolitenin, Daxili İşlər Nazirliyinin, həmçinin FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları həyata keçiblər.
Məlumatda o da qeyd olunub ki, artıq Bakı Metropoliteninin əksər stansiyaları elektrik enerjisi ilə təchiz olunub. Hazırda ərazidə qatarlara və xətlərə yenidən baxış keçirilir.
Qeyd edək ki, hazırda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Mingəçevir İES-dədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Erkin Qədirli: “Səfərbərliyə alınanların bank kreditləri dondurulsun”
06.11.2020 - 12:32
Ramil Usubovdan yeni təyinat
12.04.2019 - 19:07
Bakı polisi əhaliyə xəbərdarlıq edib
17.08.2019 - 14:41
Sabah bəzi yerlərdə leysan olacaq, külək əsəcək - PROQNOZ
14.11.2023 - 12:31
Xocalı Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatı olub.
18.01.2018 - 21:23
Azərbaycan ordusu Qızılqaya yüksəkliyini tutub - FOTOLAR
28.05.2018 - 15:49
Azərbaycanda 133 bələdiyyə sədri məsuliyyətə cəlb edilib
06.02.2019 - 11:35