“Bakı Metropoliteni”nin 22 işçisi koronavirusa yoluxub, 1-i ölüb - RƏSMİ
Hazırda “Bakı Metropoliteni” QSC-də çalışan 22 nəfər yeni tip koronavirus (“COVID-19”) infeksiyasına yoluxduğu üçün müvafiq tibbi mərkəzlərdə müalicə alır.
Minval.info xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, həmin xəstələrin vəziyyəti ilə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi müntəzəm maraqlanır:
“Ümumiyyətlə, bu məsələlərdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqəli şəkildə fəaliyyət təmin edilir, müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir”.
O qeyd edib ki, “COVID-19” infeksiyasının ölkəmizdə yayılmağa başladığı vaxtdan müxtəlif dövrlərdə 6 metropoliten əməkdaşı bu xəstəlikdən müalicə alaraq sağalıb:
“Bir nəfər isə dünyasını dəyişib. Ötən müddət ərzində bu və digər səbəbdən “COVID-19” şübhəsi ilə müvafiq yaxma götürülmüş 7 işçidə testin nəticəsi mənfi olub.
Yeni tipli koronavirus infeksiyasına yoluxmuş QSC əməkdaşları müxtəlif sahələrdə çalışırlar. “Bakı Metropoliteni” QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”.
B.Məmmədov deyib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi müvafiq metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir:
“Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. “COVID-19” simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.
İctimai kütləvi sərnişindaşıma nəqliyyatı vasitəsi olduğundan metropolitendə işçilərin metodiki göstərişlərə və sanitar-gigiyenik tələblərə daim əməl etməsi, bu normaların tələblərinə uyğun sağlam iş şəraitində çalışması, həmçinin onların səhhəti hər gün xüsusi nəzarət altında saxlanılır, müvafiq sahələrin normativ tələblərə uyğun əsaslı, cari və növbədənkənar dezinfeksiyası müntəzəm qaydada təmin edilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
Bakıda cənub küləyi, rayonlarda yağış, dolu
Dövlət Agentliyindən uçan körpü ilə bağlı rəsmi AÇIQLAMA
Bakıda ŞOK! Azyaşlı oğlan qadını zorlamaq istərkən öldürüldü (18+VİDEO)
Sabah da leysana hazır olun - PROQNOZ
"S-400-lərin tədarükü Türkiyənin daxili işidir" - Ərdoğan