Bakı-London aviareysinin təyyarəsində nasazlıq
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 007 saylı Bakı-London aviareysi təyyarədə qeydə alınan texniki nasazlıq səbəbindən ləngiyir. Bu barədə “APA-Economics”ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Hava limanından verilən məlumata görə, sözügedən aviareys üzrə təyyarə bu gün saat 18:05-də havaya qalxmalı idi: “Bakı-London aviareysi üzrə havaya qalxmalı “Boeing 787-800″ təyyarəsində xırda texniki nasazlıq qeydə alınıb. Sözügedən nasazlıq aradan qalxan kimi avialayner Londona uçacaq”.
Aeroportdan həmçinin bildirilib ki, texniki problem xırda olduğundan qısa bir zamanda aradan qaldırılacaq və təyyarə yola salınacaq: “Bakıdan Londona təyyarənin saat 19:00-da havaya qalxacağı gözlənilir”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var