Bakı küçələrində nəqliyyat hərəkəti Formula 1 sonrası bərpa olundu
Bakı şəhərində “Formula 1” Azərbaycan Qran-prisinin başa çatması ilə əlaqədar olaraq, Bakı Şəhər Halqasının keçdiyi yollar yenidən nəqliyyatın istifadəsinə verilib.
Minval.info xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti verib. Yarışın bitməsindən sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda söküntü işləri aparılıb, nəticədə mərkəzi küçələrdə nəqliyyat hərəkəti bərpa olunub.
Bu gün saat 00:00-dan etibarən bəzi küçələrdə nəqliyyat məhdudiyyətləri aradan qaldırılıb. Lakin Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, yollarda hərəkət tam olaraq saat 12:30-dan başlayıb.
Qeyd edək ki, yarış həftəsində şəhərin mərkəzində nəqliyyatın daha rahat təşkili üçün əlavə tədbirlər həyata keçirilib. Səhər və axşam saatlarında bir sıra əsas istiqamətlər üzrə tranzit dəhlizlər açıq saxlanılıb ki, bu da şəhər sakinləri və sürücülərin hərəkət imkanlarını genişləndirib. 2026-cı ildə bu istiqamətdə daha da geniş imkanlar yaradılıb, ilk dəfə Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır