Bakı həbsxanasında məhbus qeyri-adi nərd hazırlayıb - VİDEO
Nərd deyəndə ağlımıza ənənəvi – taxtadan hazırlanan, üzərində müxtəlif təsvir və naxışların əks olunduğu forma gəlir. Ədliyyə Nazirliyinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum isə xüsusi formalı nərd hazırlayır.
“Report” bununla bağlı cəzaçəkmə müəssisəsindən reportaj hazırlayıb.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Xüsusi zövqlə, taxta üzərində əllə oyma sənəti ilə işlənən nərdi digərlərindən fərqləndirən əsas cəhət üz qapağında xüsusi şüşə istifadə olunmasıdır.
Şüşənin altında isə milli-mənəvi dəyərlərimizi əks etdirən müxtəlif fiqurlar, dövlət atributları, yaxud sifarişə əsasən müxtəlif qurumların emblemləri yerləşdirilir.
Bundan başqa, nərdə şahmat və dama oynamaq üçün xüsusi taxta da əlavə olunub.
Məhkum bildirir ki, belə bir nərdi hazırlamaq öz ideyasıdır.
O, məhkum olunana qədər zərgərliklə məşğul olub, nərd hazırlamaq sənətini isə cəzaçəkmə müəssisəsində öyrənib. Ancaq bu işi də elə zərgər dəqiqliyi və zərgər zövqü ilə işləyir. Onun hazırladığı nərd böyük marağa səbəb olub.
https://youtu.be/01dQlt9hu0s
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir