Bakı dünyanın 50 ən təhlükəsiz şəhəri sırasında - Siyahı
Bakı dünyanın ən təhlükəsiz şəhərləri siyahısına daxil edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Economist Intelligence Unit” və “The Economist” nəşrləri tərəfindən tərtib edilən illik hesabatda qeyd olunub.
Siyahıda dünyanın 60 şəhəri yer alıb ki, bunların hər biri rəqəmsal təhlükəsizlik, səhiyyə və infrastrukurun təhlükəsizliyi, şəxsi təhlükəsizlik və s. tipli 57 müxtəlif göstərici əsasında təhlil edilib.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Azərbaycan paytaxtı maksimum 100 xaldan 56,4-ünü toplayaraq 49-cu yerdə qərarlaşıb. Həmçinin, Bakı rəqəmsal təhlükəsizlik üzrə 46-cı, səhiyyənin təhlükəsizliyi üzrə 41-ci, infrastruktur təhlükəsizliyi üzrə 54-cü, şəxsi təhlükəsizlik üzrə isə 49-cu pillədə yer alıb.
İlk beşlikdə Tokio, Sinqapur, Osaka, Amsterdam və Sidney qərarlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir