Bakı bulvarında ilanlar peyda oldu - VİDEO
Bakıda Dənizkənarı Milli Park ərazisində ilanlar peyda olub.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.
Videoda vətəndaşın əlində zəhərli ilanı tutması əks olunub.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Qeyd edək ki, ötən il də analoji hadisə yaşanmışdı. Müğənni Emma (Elmira) Ələkbərzadə “Instagram” hesabında belə bir video paylaşmışdı.
Bakı Bulvar İdarəsi ilanlarla bağlı yayılmış videogörüntüyə münasibət bildirib.
İdarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelmarqızı Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, bulvar ərazisində videogörüntüdə deyildiyi kimi, kütləvi ilanlar yoxdur.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
“İdarənin Səhiyyə Nazirliyi ilə müqaviləsi var. Mütəmadi olaraq ziyanverici həşəratlara və ilanlara qarşı dərmanlama aparılır. Axırıncı dəfə bu proses iyun ayında icra edilib”, – o əlavə edib.
G.Yelmarqızının sözlərinə görə, bulvar ərazisində ilanların olması ilə bağlı idarəyə nə vətəndaşlar, nə də əməkdaşlar tərəfindən məlumat daxil olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var