Bakı avtobusundakı dava ilə bağlı RƏSMİ REAKSİYA: "Buna görə aksiyalar keçirilir"
Xəbər veridiyimiz kimi, bu gün“Həzi Aslanov” metrostansiyası yaxınlığında sərnişin avtobusunda dava düşüb. Məlumata görə, buna səbəb sərxoş kişinin maşında gənc xanımlara sataşması olub.
Minval.info mələsə ilə bağlı Bakı Nəqliyyat Agentliyindən münasibət öyrənməyə çalışdı. Qurumun Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev sözügədən hadisədən xəbərsiz olduğunu bildirdi. O əlavə etdi ki, həmin video ilə tanış olub məlumat verəcək.
Qısa müddətdən sonra Mais Ağayev redaksiyamızla əlaqə saxlayaq məsələ ilə bağlı fikirlərini bildirdi.
Qurum sözçüsü qeyd etdi ki, bu cür halların olmaması üçün Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq maarifləndirmə işləri aparılır.
“Maarifləndirmə işləri çərçivəsində müxtəlif çap materialları, kitabçalar hazırlanaraq əhali arasında paylanılıb. Müxtəlif şüarlar altında aksiyalar keçirilib. Bu yaxınlarda Sevgi Məsuliyyətdir devizi altında aksiyaya başlamışıq. Bu aksiya çərçivəsində hazırlanan posterlər sərasında sərnişinlərin etik davranış qaydalarına aiddir” – mətbuat xidmətinin rəhbəri əlavə etdi.
Qeyd edək ki, Bakı Metropolitenində sərxoş sərinişinlərin metrodan istifadəsi qadağandır.
Əcəmi Əsədulla
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda koronavirusa yoluxma üzrə lider rayon yenə dəyişdi - RƏSMİ
İlhamənin oğlundan azadlığa buraxılandan sonra ilk açıqlama
"Conson bizi təcrid edirdi, partiyası onu təcrid etdi"
Tarif Şurasının üzvləri kimlərdir?
Nazirlikdən deputatlara cavab
Müəllim tərəfindən zorlandığı deyilən qadın tapıldı