08.09.2026 - 09:06
Ölkə 24 baxış

Bakı "ADEX 2026" sərgisinə ev sahibliyi edəcək

Dünyanın ən nüfuzlu hərbi şirkətləri Bakıda keçiriləcək “ADEX 2026” sərgisinə qatılacaq. Bu tədbir 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə təşkil olunur. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Minval.info xəbər verir ki, “ADEX” layihəsinin rəhbəri Ülkər Qasımova sərginin əvvəlki illərdən fərqli olaraq daha geniş miqyasda və məzmunlu olacağını bildirib. O, tədbirin Azərbaycanın müdafiə sənayesi üçün milli brendə çevrildiyini vurğulayıb. Sərginin əsas yeniliklərindən biri 4-cü pavilyonun tamamilə Azərbaycanın milli ekspozisiyasına həsr olunmasıdır.

Sərginin ziyarətçiləri arasında hərbçilər, dövlət qurumları, hüquq-mühafizə orqanlarının nümayəndələri və sahə mütəxəssisləri olacaq. Oktyabrın 2-də isə sərgi ictimaiyyət üçün açıq olacaq. İştirak etmək istəyən şəxslər rəsmi internet saytından qeydiyyatdan keçərək elektron bilet almalı və girişdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: