Bakı-2019: Bağlanış mərasimi keçirilir
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalına yekun vurulur.
APA-nın məlumatına görə, yarışın rəsmi bağlanış mərasimi Bakı Kristal Zalında keçirilir.
Yeddi gün davam edən Bakı-2019-da 14-18 yaşlı atletlər idmanın on növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayıblar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Azərbaycan idmançıları Festivalda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanıblar. Bu medallar üç idman növünə təsadüf edib. Yığmamız güləşdə 16 (8 qızıl, 5 gümüş, 3 bürünc), cüdoda 6 (2 qızıl, 1 gümüş, 3 bürünc) , idman gimnastikasında 1 (1 gümüş) mükafata yiyələnib. Bu göstərici ilə Azərbaycan Bakı-2019-u 4-cü pillədə başa vurub.
38 ölkənin düşə bildiyi medal siyahısında Rusiya birinci olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var